Rəsmi Moskvadan Qarabağ açıqlaması: "Rusiyadan asılı olan nə varsa, bütün zəruri addımlar atılacaq”

img

26-12-2018 [18:33]


"Rusiya Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunması üçün bütün mümkün addımların atılmasına tərəfdardır".

"Report” xəbər verir ki, bunu Dağlıq Qarabağ münaqişəsinin 2019-cu ildə həll olunması ehtimallarından danışan Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Biz vaxt məhdudiyyəti qoymuruq. Biz həmişə bu problemin tezliklə həll olunmasına və bu məqsədlə görülən bütün tədbirlərə tərəfdar çıxmışıq”, - deyən M.Zaxarova münaqişənin uzunmüddətli olduğundan konkret nə vaxt həllini tapacağını söyləməyin çətin olduğunu dilə gətirib.

"Lakin Rusiya tərəfindən istər həmsədr qismində, istər milli vahid, istərsə də Azərbaycan və Ermənistanla birgə tarixi keçmişi olan ölkə kimi, asılı olan nə varsa, bütün zəruri addımlar atılacaq”, - Rusiya XİN rəsmisi vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA