26-12-2018 [17:04]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli 12 nömrəli qərarı ilə 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.
Bu barədə Mia.az-a nazirlikdən məlumat verilib.
2019-ci ilin iş vaxtı normasında qeyd olunur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin '”2019-cu ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2018-ci il 19 dekabr tarixli 856s nömrəli sərəncamına əsasən 2019-cu ildə 1, 2 yanvar – Yeni il bayramı, 20 Yanvar – Ümumxalq hüzn günü, 8 Mart – Qadınlar günü, 20, 21, 22, 23, 24 mart – Novruz bayramı, 9 May – Faşizm üzərində Qələbə günü, 28 May – Respublika günü, 5,6 iyun – Ramazan bayramı, 15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş günü, 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, 12,13 avqust – Qurban bayramı, 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü iş günləri hesab edilmir.
Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Nazirlər Kabinetinin "2019-cu ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2018-cı il 19 dekabr tarixli 856s nömrəli sərəncamına əsasən 2019-cu ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 25, 26 mart, 17 iyun, 11 noyabr tarixləri, altıgünlük iş həftəsində 25 mart tarixi istirahət günləridir.
2019-cu ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.
Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə günü qanunvericiliyə uyğun olaraq müəyyən edilir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 211.1-ci və 213-cü maddələrinə əsasən bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası təyin edir və bələdiyyə seçkilərinin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir. 2019-cu ilin iş vaxtı normasının hesablanması məqsədilə rəsmi elan olunanadək şərti olaraq istehsalat təqvimində 2019-cu ilin 27 dekabr tarixi iş günü hesab edilməyən Bələdiyyə seçkiləri günü kimi nəzərə alınır.
2019-cu ildə beşgünlük iş həftəsində 242 iş günü (onlardan 9-u bayramqabağı, 1-i səsvermə qabağı iş günü), iş günü hesab edilməyən 103 istirahət günü (onlardan 4-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən), iş günü hesab edilməyən 18 bayram (4-ü istirahət günləri ilə üst-üstə düşən), 1 səsvermə günü və istirahət günü ilə üst-üstə düşən 1 Ümumxalq hüzn günü vardır.
2019-cu il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1926 saat təşkil edir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi