Ərdoğanın “Bir-iki günə Putinlə görüşəcəyəm” açıqlamasına Kremldən cavab: "Belə razılaşma yoxdur"

img

25-12-2018 [16:03]


Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan yaxın günlərdə Moskvaya səfər etməyi planlaşdırdığını bəyan edib.

"Qafqazinfo” xəbər verir ki, Ərdoğan həmkarı Vladimir Putinlə görüşdə Suriyadakı situasiyanı müzakirə etmək istədiyini bildirib:  "Bu gün-sabah həmkarlarım Moskvaya səfər edəcəklər və Suriyada baş verənləri müzakirə edəcəklər. Bundan dərhal sonra mənim orada Putinlə üz-üzə görüşüm olacaq".

Bu açıqlamadan dərhal sonra Kremlin sözçüsü Dmitri Peskov Rusiya dövlət başçısı Vladimir Putinin türkiyəli həmkarı Ərdoğanla yaxın günlərdə görüş planının olmadığını bəyan edib: "Xeyr, hələ ki qrafikdə belə bir razılaşma yoxdur”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA