Prezident yeni polis maşınlarına baxdı - FOTOLAR

img

25-12-2018 [15:13]


Xəbər verdiyimiz kimi, bu gün Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris binasının açılışı olub.

Prezident İlham Əliyev açılış mərasimində iştirak edib. Ölkə başçısı daha sonra xidməti istifadə üçün alınan yeni avtomobillərə baxıb.

Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti bölüyünə təqdim olunacaq nəqliyyat vasitələri son model "Mercedes" AMG C43 markalı avtomobillərdir. İndiyədək Dövlət Yol Polisinin Yol Patrul Xidməti avtomobilləri əsasən BMW markalı maşın olub.





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA