“Nar”dan bayramla bağlı xüsusi - Kampaniya

img

25-12-2018 [14:51]


"Nar” yeni ilə yeni smartfonla başlamaq istəyən abunəçilər üçün xüsusi kampaniyaya başlayıb.

Şirkətdən Mia.az-a verilən məlumata görə, dekabrın 24-dən yanvarın 4-nə kimi From.ae/nar səhifəsindən 4G smartfonu alan hər bir "Nar” istifadəçisi 10 GB-dək internet paketi və pulsuz çatdırılma əldə edəcək. 

Bu kampaniyaya qoşulmaqla abunəçilər yeni telefon əldə etməklə yanaşı, ölkənin ən geniş şəbəkələrindən birinə malik olan "Nar”ın sürətli 4G internetindən yararlana biləcəklər. Bunun üçün yuxarıda qeyd edilən saytın səhifəsindən 4G smartfonunun sifarişindən sonra qeyd edilən "Nar” nömrəsinin promo kodu təqdim olunacaq. Bu promo kodu SMS vasitəsilə 4565 qısa nömrəsinə göndərməklə aktiv internet paketinə uyğun 4G internet bonusu hədiyyə ediləcək.

Qeyd edək ki, internet paketi 15 gün ərzində aktiv olacaq. Kampaniya haqqında daha ətraflı məlumatı nar.az saytından əldə etmək olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA