Kəmaləddin Heydərovdan əmr - FHN gücləndirilmiş iş rejimində çalışacaq

img

25-12-2018 [13:13]


31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində və bayram günlərində baş verə biləcək fövqəladə hadisələrin qarşısının daha operativ alınması və nəticələrinin aradan qaldırılması, əhalinin təhlükəsiz istirahətinin təmin edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qəza-xilasetmə qurumları və regional mərkəzləri dekabrın 29-dan gələn il yanvarın 2-dək gücləndirilmiş iş rejimində çalışacaq.

Mia.az FHN-ə istinadən xəbər verir ki, bununla əlaqədar fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov tərəfindən müvafiq əmr imzalanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA