Gənc tədqiqatçılar arasında konfrans və seminarlar keçiriləcək

img

25-12-2018 [10:52]


Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Gənclər Fondunun dəstəyi ilə "Gənc tədqiqatçılar arasında Open Science təcrübəsinin təbliği” adlı layihə çərçivəsində Bakı şəhərində yerləşən Universitetlərdə gənc alimlər, doktorantlar, magistrlər, universitet müəllimləri, elmi tədqiqatçılar üçün 2019-cu ilin fevral ayında konfrans və seminarlar təşkil edəcəkdir.

Layihənin məqsədi Gənc tədqiqatçılara Open Science, Open Access, Open Research date, Open innovation, Open research computation, Citizen science, scientific social network haqqında bilik və informasiyalar vermək, Open Access jurnallarına çıxış imkanları, ORCİD, elmi məqalələrin hazırlanması metodologiyası haqqında onları məlumatlandırmaq, Open Science-in gənc alimlər arasında geniş yayılmasına nail olmaqdır.

Təşkil ediləcək seminarlarda gənc alim və tədqiqatçılara Open Science, Open Access, Open Research date, Open innovation, Open research computation, Citizen science, scientific social network nə olduğu haqqında geniş biliklər veriləcək, Avropa elmi məkanında tətbiq olunan Open Science və uyğun təcrübələrlə bağlı prezentasiyalar təqdim ediləcək, Open Access jurnallarına çıxış imkanları, elmi məqalələrin hazırlanması metodologiyası və bununla bağlı olan beynəlxalq APA stili və ORCİD haqqında iştirakçılar məlumatlandırılacaqlar.

Open Science fəaliyyətinin genişləndirilməsi üçün təşkilat Avropa gənc Alimlər Şurası (Eurodoc) və onun üzv təşkilatları ilə qarşılıqlı müzakirələr aparacaq. Open Science-lə bağlı davamlı təbliğat işi üçün yeni ideyalar araşdırılacaq. Eyni zamanda internet və sosial media üzərindən alim və elmi tədqiqatçılar arasında təbliğat işi qurulacaq.

Seminarlarda iştirakçılara bukletlər paylanacaq, seminar iştirakçılarına sertifikatlar təqdim olunacaq.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA