Azərbaycanda “Yaşıl Dəhliz” buraxılış sisteminin tətbiqinə gələn il fevralın 1-dən başlanılacaq

img

24-12-2018 [12:30]


 "Azərbaycanda aparılan iqtisadi islahatlar, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yenidən qurulması, neft sektorunda önəmli layihələrin icrası ticarətin asanlaşdırılmasına xidmət edir”.

"Report”un məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün Bakıda keçirilən "Xarici ticarət iştirakçılarının forumu: "Yaşıl Dəhliz” buraxılış sistemi” mövzusundakı tədbirdə bildirib.

Onun sözlərinə görə, "Yaşıl Dəhliz” buraxılış sistemi Prezident İlham Əliyevin sahibkarlara və dövlət məmurlarına yeni il qabağı hədiyyəsidir: "Bu sistem özünü idarəetməyə yol açır. Sahibkarlar gələn il fevralın 1-dən idxal-ixrac əməliyyatlarını gömrük məmurun görmədən, ofislərindən apara biləcəklər. Bu da şəffaflığın təmin olunması, məmur-vətəndaş münasibətlərinin minumuma endirilməsi, vaxt məhdudiyyətinin aradan qaldırılması, logistik xidmətlərə çəkilən xərclərin 0-a endirilməsi deməkdir”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA