Miqrasiya orqanlarında işləmək istəyən 117 namizəd müsabiqə şərtini ödədi - Nəticələr DİM-in saytında

img

23-12-2018 [18:23]


 Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

Mia.az DİM-ə istinadən xəbər verir ki, imtahanda iştirak etmək üçün 394 nəfərin namizədliyi qeydə alınsa da, onlardan 324 nəfər imtahana qatılıb.

İmtahanın nəticələri saat 16:05-dən etibarən DİM-in internet saytında yerləşdirilib.

Test imtahanının nəticələrinə əsasən, 117 nəfər müsabiqə şərtini ödəyərək (70 və daha artıq bal toplayaraq) müsabiqənin növbəti mərhələsində iştirak etmək hüququ qazanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA