İlham Əliyev “İlin dövlət başçısı” seçildi

img

23-12-2018 [13:19]


Prezident İlham Əliyev Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası "İlin dövlət başçısı” ünvanına layiq görülüb.

Mia.az xəbər verir ki, bu barədə federasiyanın idarə heyətinin sədri Bilal Dündar məlumat verib.

Onun sözlərinə görə, İlham Əliyev 16 bölgədəki dərnəklər və 145 vətəndaş cəmiyyəti təşkilatının müştərək qərarı ilə səmimi, işgüzar, uğurlu və Türkiyə dövlətinin dostu meyarlarına görə "İlin dövlət başçısı” seçilib.

B.Dündar qeyd edib ki, federasiya üzvləri 2019-cu ilin yanvarında İlham Əliyevlə görüşəcək və mükafat təqdim olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA