Masazır kəndi elektrik enerjisi üzünə həsrətdir

img

22-12-2018 [12:33]


Abşeron rayonu Masazır kəndinin sakinləri elektrik enerjisinin tez-tez kəsilməsindən narahatdır. 

"Akim Abbasov” küçəsində yaşayan sakinlər birlik.az saytına bildirdilər ki, uzun müddətdir bu "bəla" ilə üzləşiblər: "6 aydır əziyyət çəkirik. Gün ərzində qısa müddətlə işıq üzü görürük. Bilmirik ki, dərdimizi kimə deyək". 

Sakinlər həmçinin onu da bildirdi ki, təkcə onların işığı yanmır: "kəndin ətrafında olan yaşayış massivləri, o cümlədən "Qurtuluş-93” qəsəbəsi fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunur, biz məgər bu ölkənin sakinləri deyilik?”

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA