21-12-2018 [17:34]
Hesablama Palatasının kollegiya iclası keçirlib.Modern.azxəbər verir ki, iclasda Hesablama Palatasının 2019-cu il üçün İş planının layihəsi müzakirə edilərək, təsdiq olunub.
İclasda beynəlxalq təcrübədə Ali Audit Qurumlarının (AAQ) iş planlarının hazırlanması, ISSAI standartlarının bu sahədə müəyyən etdiyi istiqamətlər və prinsiplər barədə İcmal-analitik şöbə tərəfindən təqdimat edilərək bildirilib ki, AAQ-ların beynəlxalq standartları olan ISSAI 10-da (AAQ-ların Müstəqilliyi haqqında Mexiko Bəyannaməsi), həmçinin, ISSAI 11-də (AAQ-ın müstəqilliyinə dair tövsiyələr və qabaqcıl təcrübələr) göstərilib ki, AAQ-lar audit məsələlərinin seçilməsində, öz nəzarət tədbirlərini planlaşdırma, proqramlaşdırma, hesabat vermə və tövsiyələrin icra vəziyyətini izləmədə, öz qurumlarının təşkili və idarə edilməsində sərbəstdirlər və müdaxilədən azaddırlar. Bundan əlavə qeyd olunub ki, İş planının ictimailəşdirilməsi, onun barəsində ümumi məlumatın verilməsi üçün ISSAI 20 standartına (Şəffaflıq və hesabatlılıq prinsipləri) görə AAQ öz səlahiyyətləri, missiyaları, təşkilati quruluşları, strategiyaları haqqında məlumatları, qanunvericilik və icraedici orqanlar daxil olmaqla müxtəlif maraqlı tərəflərlə əlaqələrini ictimaiyyətə açıqlamalıdırlar.
Daha sonra iclasa rəhbərlik edən Hesablama Palatasının sədri V.Gülməmmədov Hesablama Palatasının 2019-cu il üçün İş Planının hüquqi əsasları, qanunvericiliyin İş planı üzrə müəyyən etdiyi tələblər, cari ilin sentyabr ayında qüvvəyə minmiş "Hesablama Palatası haqqında” Qanuna uyğun olaraq növbəti ildə Hesablama Palatasının kənar dövlət maliyyə nəzarəti üzrə tədbirləri, o cümlədən audit, analitik və monitorinq fəaliyyəti üzrə müəyyən edilən tədbirlər, eləcə də audit fəaliyyətinin maliyyə, səmərəlilik və uyğunluq növləri üzrə planlaşdırılması barədə ətraflı məlumat verib.
Bundan əlavə, iclasda Hesablama Palatasının 2019-cu il üçün İş Planında fəaliyyət üzrə rəy və hesabatın hazırlanması, o cümlədən dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının layihələrinə və icrasına rəylərin hazırlanması, yeni Qanuna uyğun olaraq dövlət büdcəsinin icrasının təhlili ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) yarımillik və illik məlumatın hazırlanması, həmçinin, növbəti ildə Hesablama Palatasının fəaliyyətinin təşkili üzrə normativ-metodiki, maddi-texniki, informasiya təminatı və beynəlxalq fəaliyyəti üzrə nəzərdə tutulan tədbirlər üzrə də geniş məlumat verilib.
Sonda Hesablama Palatasının sədri V.Gülməmmədov növbəti il İş planında birinci rüb üzrə nəzərdə tutulmuş tədbirlərin vaxtında, keyfiyyətlə və səmərəli keçirilməsini təmin etmək məqsədilə, o cümlədən iş planında nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbirlərinin icra müddətindən asılı olaraq onların planlaşdırılması, eləcə də nəzarət tədbiri keçiriləcək kənar dövlət maliyyə nəzarətinin obyekti və həmin obyektin fəaliyyəti barədə zəruri məlumatların əldə olunması, nəzarət tədbirinin məqsədinin və miqyasının müəyyənləşdirilməsiişlərinə başlanılması ilə bağlı tapşırıqlar verib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi