Nazirlik daha bir iş adamını cərimələdi - 12500 manat

img

21-12-2018 [11:58]


 Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, mədən küçəsi 14 ünvanında fəaliyyət göstərən "S.Steel” MMC metaləritmə zavodundan atmosferə atılan tullantılarla bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Mia.az ETSN-ə istinadən xəbər verir ki, bu məqsədlə aparılan monitorinq zamanı havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib: "Faktla bağlı zavodun direktoru Yalçın Əsədov barəsində akt, protokol tərtib edilib. Hazırda direktorun hüquqi şəxs qismində 12500 manat məbləğində cərimə edilməsi üçün tədbirlər görülür.

Atmosferə atılan tullantıların qarşısının alınması, müasir təmizləyici qurğu və avandanlıqların quraşdırılması məqsədilə zavoda icrası məcburi olan müddətli "məcburi göstəriş” verilib".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA