Daşkəsəndə dəhşətli hadisə - Vəhşi heyvanların parçaladığı kişi meyiti tapılıb

img

20-12-2018 [16:35]


 Daşkəsən rayonunda fərdi yaşayış evində vəhşi heyvanlar tərəfindən parçalanmış kişi meyiti tapılıb.

Hadisə rayonun Almalı kəndində baş verib.

Belə ki, həmin kənddə yaşayan ahıl kişinin tanınmaz halda olan meyiti yaşadığı evdə aşkar olunub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Meyit muayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Daşkəsən rayon şöbəsinə yerləşdirilib. Məlum olub ki, kişinin baş və bədəninin müxtəlif nahiyələri vəhşi heyvanlar tərəfindən parçalanıb. Meyitin baş nahiyəsi tamamilə parçalandığı üçün yaşlı kişinin şəxsiyyətini hələlik müəyyən etmək olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA