20-12-2018 [14:25]
BP və Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəməsi "SOCAR Turkey Enerji A.Ş.” bu gün Türkiyədə dünya miqyaslı neft-kimya kompleksinin tikilməsi və onun idarəçiliyinin həyata keçirilməsi üçün birgə müəssisə yaradılması planlarının dəyərləndirilməsinə dair saziş prinsiplərini imzalayıblar.
Bu barədə BP və SOCAR birgə məlumat yayıb.
Türkiyənin qərbində, Əliağa bölgəsində tikiləcək müəssisədə ildə 1,25 mln. ton saf tereftal turşusu (PTA), 840 min ton paraksilol (PX) və 340 min ton benzol istehsalı nəzrdə tutulur. PTA poliester istehsalında əsas xammaldır. Poliesterlərdən ərzaq və içki konteynerlərinin, qablaşdırma materiallarının, materiyaların, foto və kinoplyonkaların, digər istehlak və sənaye əhəmiyyətli məhsulların istehsalında istifadə olunur.
Saziş prinsipləri imzalandıqdan sonra BP və "SOCAR Turkey” planlaşdırılan müəssisənin yanında yer alan və hər ikisi "SOCAR Turkey” şirkətinə məxsus olan STAR zavodunun və "Petkim" neft-kimya kompleksinin xammal tədarükünün inteqrasiyasına imkan verəcək müəssisənin layihəsi üzərində işləməyə başlayacaqlar.
"SOCAR Turkey Enerji”nin Direktorlar Şurasının sədri Vaqif Əliyev deyib ki, SOCAR 2008-ci ildə "Petkim"i alaraq Türkiyə bazarına daxil olub və o vaxtdan etibarən STAR zavodu, TANAP, "Petlim" konteyner terminalı, "Petkim" külək enerjisi stansiyası kimi nəhəng layihələri reallaşdırıb: "SOCAR Turkey”in Əliağadakı bütün layihələrini əhatə edən ərazi Türkiyədə ilk Xüsusi Sənaye Zonası olub. SOCAR-ın digər müəssisələri tərəfindən təmin olunan xammal və infrastrukturun yaxında olması yeni müəssisənin rəqabət gücünə əhəmiyyətli töhfə verəcək. Egey dənizi sahillərində, dünya bazarının astanasında emal və neft-kimya kompleksini genişləndirməkdə məqsədimiz iki qardaş ölkənin – Türkiyə və Azərbaycanın iqtisadiyyatlarına töhfələrimizi davam etdirməkdir”.
BP qlobal aromatik karbohidrogen bölməsinin baş icraçı direktoru Luis Sierra deyib ki, layihə irəliləyərsə bu, Qərb yarımkürəsində ən böyük inteqrə olunmuş PTA, PX və aromatik karbohidrogen kompleksi və BP-nin 20 il əvvəl Çində açdığı "Zhuhai" müəssisəsindən sonra ilk ən böyük aromatik karbohidrogen platforması olacaq: "BP-nin ən son texnologiyaları və SOCAR-ın yeni emal zavodunun kombinasiyası Türkiyənin artmaqda olan poliester qablaşdırma və tekstil sənayesinə xidmət edəcək görkəmli bir platformanın yaranmasına şərait yaradacaqd. Biz yüksək rəqabət qabiliyyətinə malik obyektin tikilib istifadəyə verilməsində BP və SOCAR-ın potensialından istifadə etməyi planlaşdırırıq”.
BP və SOCAR 2019-cu ildə yekun investisiya qərarını qəbul etməyi və 2023-cü ildə yeni zavodu istifadəyə verməyi düşünür.
Bildirilib ki, BP-nin ən son PTA texnologiyası digər PTA texnologiyaları ilə müqayisədə daha aşağı kapital və istismar xərclərinə malikdir. Bu texnologiya bazarda mövcud olan oxşar texnologiyalara nisbətən enerjiyə qənaət edir, daha az su işlədir və daha az bərk tullantı çıxarır.
BP və SOCAR Azərbaycanda, Türkiyədə və regionun digər yerlərində neft-qaz istehsalı və nəqli üzrə həyata keçirilən bir sıra layihələrdə uzun müddət tərəfdaşlıq edirlər. Bu il Azərbaycanda hasilata başlamış, Türkiyə və digər ölkələrə təbii qaz ixracına imkan yaratmış "Şahdəniz-2" layihəsi də bu siyahıya daxildir.
"SOCAR Turkey”in baş icraçı direktoru Zaur Qəhrəmanov bildirib ki, nəzərdə tutulan yeni investisiya həm SOCAR üçün, həm də Türkiyə üçün mühüm əhəmiyyət kəsb edir: "Bu, Türkiyənin neft-kimya bazarında bizim payımızı artırmaqla yanaşı Türkiyəyə həmin məhsulların idxalını azaltmağa imkan verəcək və nəticədə xarici ticarət kəsiri azalacaq. Bizim Türkiyədəki bütün layihələrimiz bu məqsədlə planlaşdırılmışdır”,.
"BP Turkey"in prezidenti Mik Stamp deyib ki, bu potensial yeni birbaşa investisiya şirkətin Türkiyənin neft-kimya sənayesində ilk pay investisyasıdır. "BP 100 ildən çoxdur ki, Türkiyədə fəaliyyət göstərir. Türkiyə Şərq və Qərb, istehsalçı və istehlakçılar arasında körpü rolunu oynayır və onun sürətlə böyüyən iqtisadiyyatı cəlbedici investisiya imkanları təklif edir”, - o, qeyd edib/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi