Dünyanın gözü Moskvada: Putin illik mətbuat konfransı keçirir - CANLI YAYIM

img

20-12-2018 [15:20]


Hər il olduğu kimi, bu dəfə də dekabrın sonlarında Rusiya prezidenti ənənəvi illik mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandırır.

Mia.az Rusiya mətbuatına istinadən xəbər verir ki, sayca 14-cü olan mətbuat konfransı Moskvadakı Beynəlxalq Ticarət Mərkəzində keçirilir.

Bu dəfə Kreml rəhbərinə sual vermək istəyən rekord sayda jurnalist 1702 nəfər qeydiyyatdan keçib.

***

Rusiya və ABŞ terrorizmlə mübarizədə əhəmiyyətli dəyişikliklərə nail olublar və Suriyada İŞİD-ə ciddi zərbələr endiriblər".

Bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada illik mətbuat konfransında ABŞ dövlət başçısı Donald Trampın Birləşmiş Ştatlar qoşunlarının Suriyadan çıxarılmasına dair verdiyi sərəncamı şərh edərkən deyib.

"Bu və buna oxşar digər qruplaşmaların qonşu bölgələrə, Əfqanıstana və başqa ölkələrə, yəni yaraqlıların gəldikləri ölkələrə yayılma təhlükəsi var. Bu, hamımız, o cümlədən Rusiya, ABŞ, Avropa, Asiya və Orta Asiya ölkələri üçün böyük təhlükədir", - deyə V.Putin bildirib.

ABŞ qoşunlarının çıxarılmasından danışan Rusiya Prezidenti ABŞ-ın 17 ildir Əfqanıstanda mövcud olduğunu və demək olar ki, hər il qoşunlarını geri çəkəcəklərini bəyan etdiklərini vurğulayıb: "Hələ ki ABŞ qoşunlarının çıxarılmasının əlamətlərini görmürük, amma bunun mümkünlüyünə ehtimal verirəm. Özü də Suriyada siyasi həll yolunda irəlilədiyimiz zamanda".

Onun sözlərinə görə, ABŞ qoşunlarının Suriyada olması qanunsuzdur: "Gəlin unutmayaq ki, bu qoşunların oradakı iştirakı qeyri-qanunidir, BMT Təhlükəsizlik Şurasının qərarı ilə təsdiq olunmayıb. Qanunla isə ya BMT Təhlükəsizlik Şurasının qərarı ilə hərbi kontingent yaradıla bilər, ya da qanuni Suriya hökumətinin dəvəti ilə qoşunlar orda qala bilər. Biz Suriya hökumətinin dəvəti ilə ordayıq".

Rusiya Prezidenti ABŞ-ın qoşunlarını Suriyadan geri çəkmək qərarını alqışlayıb: "Bu doğru qərardır".

***

"Rusiya hökumətinin işindən razıyam".

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün keçirdiyi ənənəvi illik mətbuat konfransında jurnalistin sualını cavablandırarkən deyib.

O, Baş nazir Dmitri Medvedevin rəhbərlik etdiyi hökumətin işini müsbət qiymətləndirib.

***

"Qara dənizdəki insident provokasiya idi. Provokasiyalar hər zaman pisdir, situasiyanın gərginləşdirilməsinə hesablanıb. Aydındır ki, Ukraynada seçkilər var və bunun üçün mövcud hakimiyyətin reytinqini qaldırmaq lazımdır.

Poroşenkonun reytinqi qalxdı. O, beşinci pillədən ikinci pilləyə yüksəldi. O, ölkənin maraqları hesabına öz hədəfinə çatdı”, - Putin Keçr insidenti ilə bağlı deyib.

Rusiya lideri bildirib ki, Kerç boğazında ələ keçirilən dənizçilərin taleyi cinayət araşdırılması nəticəsində həll ediləcək:

"Donbasda blokadanı Rusiya yox, Ukrayna hökuməti yaradıb. Onlar dinc sakinlərə atəş açır, hər gün insanlar ölür. Rusiya Donbasa humanitar yardım göstərir və bundan sonra da edəcəyik”.

Putin vurğulayıb ki, münaqişəyə rəğmən, Ukrayna hələ də bizim vacib ticarət tərəfdaşımızdır, aramızdakı ticarət dövriyyəsi artır.

***
"Biz heç bir zaman öz həbs edilmiş vətəndaşlarımızın mübadiləsi üçün heç nədə günahkar olmayan insanları tutmayacağıq. ABŞ-da həbs edilən Mariya Butina özünün nə deməsindən asılı olmayaraq, dövlətin əmrini icra etməyib”.

Bu sözləri Putin ABŞ-Rusiya münasibətləri haqda danışarkən deyib. O bildirib ki, vətəndaşlarımızın həbsinə vecsiz yanaşmırıq:

"Skripal sağdır, Rusiyaya qarşı sanksiyalar isə davam edir, amma Qaşıqçı ölüb, əvəzində heç bir sanksiya yoxdur. Skripal insidenti rusofob, antirusiya yanaşmasının nəticəsidir. Skripal olmasaydı, başqa bir şey fikirləşəcəkdilər. Məqsəd Rusiyanın inkişafının qarşısını almaqdır”/Axar.az.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA