Şahin Mustafayev sabah 7 rayondan vətəndaşları qəbul edəcək - Nazirlikdən açıqlama

img

20-12-2018 [12:04]


İqtisadiyyat naziri Şahin Mustafayev sabah Bərdədə Yevlax, Tərtər, Ağcabədi, Ağdam, Laçın və Bərdə rayonlarından olan vətəndaşları qəbul edəcək.

Mia.az nazirliyə istinadən xəbər verir ki, vətəndaşların qəbulu saat 11:00-dan etibarən YAP-ın Bərdə rayon təşkilatının inzibati binasında (Ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti, 102) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin office@economy.gov.az elektron poçt ünvanı və 493-14-56, 310-28-00 (daxili 21-79) və (055) 245-00-28 nömrəli telefonlar (əlaqələndirici şəxs Elşən Abbaszadə), Nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Aran regional bölməsi (əlaqələndirici şəxs Elbrus Hüseynov, əlaqə telefonu: (022) 337-82-81, (055) 206-88-52, elektron poçt ünvanı: elbrus.huseynov@economy.gov.az ) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin www.economy.gov.az internet səhifəsində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölməsi və Nazirliyin facebook səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA