9-cu sinif şagirdini döyən direktor işdən kənarlaşdırıldı - Video

img

20-12-2018 [11:44]


Ötən gün Cəlilabadda məktəb direktorunun 9-cu sinif şagirdini döyməsi ilə bağlı mediada və sosial şəbəkələrdə video yayılıb.

Mia.az xəbər verir ki, Cəlilabad Rayon Təhsil Şöbəsindən "Qafqazinfo"ya verilən məlumata görə, hadisəylə bağlı araşdırma aparılır:

"Cəlilabad rayon, Göytəpə şəhər 3 saylı ümumi orta məktəbin direktorunun Muğan kənd tam orta məktəbinin 9-cu sinif şagirdini döyməsi ilə bağlı videogörüntüyə dair bildiririk ki, adıçəkilən məktəbin direktor əvəzi Mübariz Cəfərov araşdırma aparılan müddətdə vəzifəsinin icrasından kənarlaşdırılıb. Yoxlamanın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunacaq və ictimaiyyətə məlumat veriləcək".



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA