Rektor Ədalət Muradov: "Ali təhsil müəssisələrinin müstəqilliyi artırılmalıdır"

img

20-12-2018 [11:45]


 "Azərbaycanda distant təhsil haqqında ciddi müzakirələrə başlamağın vaxtıdır".

"Report" xəbər verir ki, bunu "Azərbaycanda İnsan Kapitalı üzrə Forum"da Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov deyib.

O bildirib ki, Azərbaycan Dövlət İqtisadiyyat Universitetində bu gün yaradılmış infrastruktur bu növ təhsilin keyfiyyətli təmin edilməsinə imkan verə bilər: "Ali təhsilin çevikliyini və cəmiyyətdə baş verən proseslərə adekvat reaksiyasını təmin etmək üçün distant təhsilə ehtiyac var".

Rektorun sözlərinə görə, ali təhsil müəssisələrinin müstəqilliyi artırılmalıdır: "Təhsil sisteminin inkişafına dair dövlət strategiyası"nda bununla bağlı ciddi müddəalar nəzərdə tutulub. Tələbə və müəllimlərin mübadiləsi də önəm kəsb etdiyi üçün təhsil standartlarının mobilliyi və unifikasiyası həlledici bir amilə çevrilir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA