Azərbaycanın baş pediatrından valideynlərə - Xəbərdarlıq

img

20-12-2018 [11:14]


"Uşaqlarda nevroloji xəstəliklər böyüklərdən müəyyən dərəcədə fərqlənir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev deyib.

N.Quliyev qeyd edib ki, 2014-cü ildən başlayaraq davamlı olaraq keçirilən uşaqların məcburi disparenzisasiyası vaxtında aşkar olunan xəstəliklərin erkən diaqnozunun müəyyənləşdirilməsi və müalicə sağlamlaşdırma tədbirlərinin aparılması baxımından əhəmiyyətlidir.

Baş pediatr valideynlərə müraciət edərək bildirib ki, uşaqlıq dövründə bu problemlər aradan qaldırılarsa, cəmiyyətə böyük dəstək verilə bilər: "Zamanında nevroloji xəstəliklərin qarşısı alınmazsa uşaqlar arasında əlilliyin sayı da kifayət qədər çox olacaq. Odur ki, icbari disparenzasiya vacibdir. Belə ki, körpə doğulan gündən sonrakı müddətdə 12-13 dəfə müayinəyə cəlb edilməlidir ki, onda olan problemlər vaxtında aşkarlansın". 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA