Nazirlik daha bir iş adamını cərimələdi - Monitorinq

img

20-12-2018 [10:49]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nərimanov rayonu, N.Nəsrullayev küçəsi 5 ünvanında fəaliyyət göstərən Bakı Elektriktökmə ASC-nin nəzdində fəaliyyət göstərən sexdən atmosferə atılan tullantılarla bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb və monitorinq aparılıb.

Mia.az nazirliyə istinadən bildirir ki, monitorinq zamanı havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib: "Faktla bağlı "Bakı Elektriktökmə" ASC-nin nəzdində icarə müqaviləsi ilə fəaliyyət göstərən metal qəbulu sexinin sahibi Natiq Məmmədov barəsində akt, protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4000 manat məbləğində cərimə olunub. Atmosferə atılan tullantıların qarşısının alınması, müasir təmizləyici qurğunun quraşdırılması məqsədilə sexin sahibinə icrası məcburi olan müddətli "məcburi göstəriş” verilib.

Bakı Elektriktökmə ASC-yə isə ətraf mühitə mənfi təsiri olan sexlərlə icarə müqaviləsi bağlamaması üçün icrası məcburi olan müddətli "məcburi göstəriş” verilib". 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA