Amerika 24 saat ərzində Suriyanı tərk edir: "Qoşunlar isə 60-100 gün içində çıxacaq" - Trampdan qəfil qərar

img

19-12-2018 [20:27]


ABŞ Suriyadakı bütün hərbi qüvvələrini 60-100 gün ərzində çıxaracaq.

Mia.az xəbər verir ki, bu barədə Ağ EV-dən bəyanat yayılıb.

Bildirilib ki, Trampın qərarı ilə 24 saat ərzində Amerika xarici siyasətinə bağlı olan bütün personal Suriyanı tərk edəcək: "Artıq İŞİD-lə savaşda yeni bir mərhələyə keçdik və Amerika əsgərlərinin geri dönüşü başladı. Bu gündən xarici siyasətimizə bağlı olan hərbi qüvvələrimizin arxa cəbhəsi 24 saat içində Suriyanı tərk edəcək. Aktiv hərbi qüvvələr 60-100 gün ərazində Suriyadan son nəfərinədək çıxacaq".

Xatırladaq ki, ABŞ qüvvələri Suriyanın 1/3-nə nəzarət edir. O üzdən ABŞ-ın bu ərazini tərk etməsindən sonra boşluğun necə idarə ediləcəyi hazırda daha ciddi müzakirə olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA