Türkiyə universitetlərinə azərbaycanlıların qəbulu - YÖK DİM-in nəticələrinin nəzərə alınmasını istədi

img

19-12-2018 [18:34]


 Türkiyənin Yükseköyretim Kurulunun (YÖK) bu ölkənin universitetlərinə Azərbaycan vətəndaşlarının qəbulu ilə bağlı göndərdiyi müraciətin mətni məlum olub.

"Report” xəbər verir ki, mətndə 2017-ci ilin oktyabr ayında YÖK ilə Azərbaycanın Təhsil Nazirliyi arasında sənəd imzalandığı vurğulanıb. 

Həmin sənədin 5-ci maddəsinə əsasən, azərbaycanlı tələbələrin Türkiyədə fəaliyyət göstərən universitetlərin qəbulunda Azərbaycan Dövlət İmtahan Mərkəzinin (DİM) imtahan nəticələrinin nəzərə alınması qeyd olunub.

Türkiyənin ali məktəblərinə göndərilən tövsiyə xarakterli məktubda Azərbaycan tərəfi ilə imzalanmış sənədin nəzərə alınması xahiş edilir.

Qeyd edək ki, sosial şəbəkələrdə Türkiyə universitetlərinə attestatla qəbulun dayandırılması barədə iddialar yer alıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA