Azərbaycan və Ermənistan XİN rəhbərləri birgə bəyanat verəcək

img

19-12-2018 [13:52]


Ermənistan Xarici İşlər Nazirliyi Milanda Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan arasında əldə olunmuş razılıqlar barədə açıqlama yayıb.

Mia.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin katibi Anna Naqdalyanın verdiyi rəsmi açıqlamada tərəflərin birgə bəyanat verəcəkləri bildirilib.

"Zoqrab Mnatsakanyan və Elmar Məmmədyarov danışıqların davam etdirilməsi barədə razılaşıblar. Bundan başqa, iki XİN rəhbəri və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin birgə bəyanatı da hazırlanır. Uzun müddət bu barədə razılıq əldə olunmasa da, Milanda bəyanatın mətni də razılaşdırılıb”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA