100-dən çox gömrük əməkdaşı işdən azad edildi - Genaral açıqladı

img

19-12-2018 [13:10]


2018-ci ildə Dövlət Gömrük Komitəsi (DGK) korrupsiya faktı ilə əlaqədar 100-dən çox əməkdaşı işdən azad edib.

Mia.az-ın məlumatına görə, bunu Komitə sədri Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, bu il ərzində gömrük sistemində 30-dan çox korrupsiya faktı aşkar edilib.

S.Mehdiyev vurğulayıb ki, onun rəhbərlik etdiyi qurum gömrük orqanlarında korrupsiya ilə mübarizəni davam etdirəcək.

DGK sədri həmçinin qaçaqmalçılıq məsələsinə toxunub və qeyd edib ki, il ərzində bu cür faktlarla bağlı 500-dən çox cinayət işi açılıb. Görülən tədbirlər nəticəsində 1,2 ton narkotik müsadirə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA