Məleykə Abbaszadə: "Əkiz uşaqlarımın 18 yaşı tamam olandan sonra dövlət qulluğunda fəaliyyətə başlamışam"

img

19-12-2018 [12:19]


 "Mən əkiz uşaqlarımın 18 yaşı tamam olandan sonra dövlət qulluğunda fəaliyyətə başlamışam".

Bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə "Azərbaycanda İnsan Kapitalı üzrə Forum"da deyib.

O bildirib ki, övladları 18 yaşına çatana qədər yalnız elmi fəaliyyətlə məşğul olub: "Mən elə fəaliyyəti seçmişdim ki, mənim iş rejimim övladlarımla bir yerdə vaxt keçirməyə mane olmasın. Yalnız onlar 18 yaşı tamam olandan sonra mən dövlət qulluğunda fəaliyyətə başladım".

M.Abbaszadə qeyd edib ki, valideynlərin özlərini övladlarının gələcəyinə həsr etməsi şəxsi məsələdir: "Erkən yaşda insanın inkişafına təsir etmək imkanları daha yüksəkdir".

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA