Deputat "Bakı nəqliyyatçıları"nı "vurdu": "Nəqliyyat idarə olunur, amma intellekti görmürük"

img

18-12-2018 [15:33]


"Bakıda tıxac ciddi narahatlıq yaradır. Biz bunu niyə həll etmirik?

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Millət vəkili tıxaclara görə minlərlə insanın yollarda qaldığını, işə gecikdiyini bildirib:

"Nəqliyyatın intellektual idarə edilməsi ilə bağlı fikirləri tez-tez eşidirik. Nəqliyyat idarə olunur, amma intellekti görmürük. Tıxacı yaradan əsasən avtobuslardır, bütün yolu tuturlar. Azca yağış yağan kimi hərəkət iflic olur. Əgər mütəxəssis yoxdursa, xaricdən gətirək”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA