Mübariz İbrahimovun ailəsindən üzr istədi: "Əgər bu xəbər onlara pis təsir edibsə, incidibsə,..."

img

17-12-2018 [15:48]


Milli Qəhrəman Mübariz İbrahimovla bağlı paylaşımı sosial şəbəkələrdə böyük səs-küyə səbəb olan tələbə Nərmin Şahmarzadə şəhidin ailəsindən üzr istəyib.

Mia.az xəbər verir ki, o, yazdıqlarının ailəyə təhrif olunaraq çatdırıldığını bildirib: 

"Yenə də deyirəm, mən heç kimin oğluna qatil deməmişəm. Çox təəssüf ki, fikirlərim onlara səhv çatdırılıb. Oğul itirmiş birinə "sənin oğluna qatil deyiblər” şaiyəsini demək ən azından etik deyil. 
Əgər bu xəbər onlara pis təsir edibsə, incidibsə, şəxsim adına Mübariz İbrahimovun valideynlərindən üzr istəyirəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA