Lavrov Bakıda: "Bu təşkilat siyasi münaqişələr və hesablaşma meydanı olmamalıdır"

img

14-12-2018 [11:21]


Qara dəniz regionunu sabitlik və sülh zonasına çevirmək lazımdır".

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasında çıxışı zamanı deyib.

"QDİƏT siyasi münaqişələr və hesablaşma meydanı olmamalıdır. Onun statusuna hörmət edilməlidir", - o, bildirib.

Onun sözlərinə görə, Moskva ADİƏT-in strukturunun yenidən qurulması ideyasını nəzərdən keçirməyə hazırdır. 

S.Lavrov əlavə edib ki, Rusiya QDİƏT ölkələrinin pensiya sisteminin yaradılmasının müzakirəsinə hazırdır/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA