12-12-2018 [13:21]
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışmış Arif Əsgərovun yaxın qohumları dövlət qurumlarından imdad dilədikləri bir vaxtda Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sabiq məmur haqda olduqca kəskin çıxış edib.
Hafiz Hacıyev Arif Əsgərovun ayağından asılmaqla var-dövlətinin əlindən alınmasını tələb edir. Musavat.com-a açıqlamasında H.Hacıyev deyib ki, Arif Əsgərov vəzifədə olarkən Azərbaycan dəmir yollarını bərbad duruma salıb və milyardlarla vəsait mənimsəyib:"Arif Əsgərov kimdir ki, onun milyonları var, mal-mülkləri olsun? Bu adam 1000-2000 manat maaş alıb. Təkcə Binəqədidə yan-yana 5 villası var. Maaşla həmin villanın 1-ni tikə bilməzdi. Bakı Ağır Cinayətlər Məhkəməsində Arif Əsgərovun yaxın qohumunun məhkəməsi gedir. Cavan bir uşağı qabağa veriblər, Arif Əsgərovun baldızı oğlunu. Həmin uşaq milyonlarla manat pulu ələ keçirə bilər? Bu dələduzluğun, korrupsiyanın arxasında Arif Əsgərov dayanıb. Bunu kim bilmir ki? Arif Əsgərovu, onun oğlu Elnar Əsgərovu dərhal həbs edib ayaqlarından asmaq lazımdır.
Bu gün Azərbaycanda çox qəribə bir proses yaşanır. Hərə büdcədən 3-4 milyard oğurlayır və işdən çıxıb gedib sakitcə pulu yeyir. Övladları, ailələri xaricdə, özləri də kef içində yaşayırlar. Arif Əsgərovla bağlı üzə çıxan faktlar onu göstərir ki, yeyib-dağıdıblar. Eyş-işrət içində yaşayırlar. Çətinliyə düşəndə də qohumlarını ayaq altına qoyub vəziyyətdən çıxmağa çalışırlar. Axı kim bir çobanın oğluna aparıb 5-10 milyon pul verər?
Məhkəmədə Elnar Əsgərovun verdiyi ifadəni oxuyursan, gülmək tutur. Adam öz xalası oğlunu tutdurur ki, ona dəyən olmasın. Xalası oğlu da bir çobanın oğludur. Tovuzda mal-heyvan saxlayan bir kişinin oğlu. Bu qədər də harınlıq, özbaşınalıq olmaz. Dövlətin malını da talan ediblər, üstəlik camaatdan da pul yığıb ciblərinə qoyublar. İndi də yetim-yesiri qabağa verib arxalarında gizlənirlər. Buna nail olmayacaqlar! Arif Əsgərovu, onun oğlunu da tutub ayaqlarından asıb topladıqları mal-mülkləri əllərindən almaq lazımdır. Onların offşorlara çıxardıqları pulları da, xaricdə aldıqları mal-mülkləri də müəyyən edib, satıb pulları büdcəyə qaytarmaq vaxtı çatıb. Niyə şəhid analarına 15 min manat verilməsi məsələsi uzanmalıdır? Arif Əsgərovun oğurladığı pulları əlindən alıb həmin ailələrə paylamaq lazımdır”.

"Arif Əsgərovun ayağından asılması Azərbaycanda nələri dəyişəcək” sualına Hafiz Hacıyev belə cavab verdi:"Hamı görməlidir ki, dövlətdən pul oğurlayanların aqibəti necə olur. Onun varı dövləti alınıb büdcəyə keçirilməlidir. Dövlət həmin villaları hərraca çıxarıb satmalı və elan etməlidir villanın satılmasından filan qədər pul əldə olunub büdcəyə daxil olundu. Xüsusi bir fond yaradılmalıdır. Məsələn "dövlət pulunu oğurlayanlardan alınmış əmlakların, pulların fondu” adlandırmaq olar. Həmin fondla aztəminatlı ailələrə, şəhid ailələrinə, valideynlərini itirmiş uşaqlara aylıq əlavə pullar ödənilə bilər. Arif Əsgərovun şərab zavodu, Novxanıda hər birinin dəyəri bir neçə milyon dollarla ölçülən 3 bağ evi, "Vorovski”də villaları, şəhərin mərkəzində yeni tikilmiş binalarda 6 evi, Londonda, İstanbulda mülkləri, Azərbaycanın müxtəlif rayonlarında rezidensiyaları var. Bu adamın avtobioqrafiyasına baxın, görün Arif Əsgərov həyatı boyu 1-cı gün bizneslə məşğul olub? Daim büdcədən əmək haqqı alıb. Amma saysız-hesabsız mal-mülkə sahibdir. Arif Əsgərovu çağırıb soruşmaq lazımdır ki. bu qədər sərvət haradandır?”
Hafiz Hacıyev deyir ki, xaricə ölkələrə Arif Əsgərovun mal-mülkləri, bank hesabları ilə bağlı sorğu yazılmasının vaxtının çatdığını deyir:"Xaricdəki pulları və mülkləri müəyyən olunub üzərinə həbs qoyulmalıdır. Eldar Mahmudov kimi o da xaricə xeyli pul çıxarıb. Zamirə Hacıyeva o qədər pulu haradan alıb xərcləyib? Arif Əsgərov Londonda mülkləri hansı hesabdan alıb? Dünya təcrübəsinə müraciət edilməlidir və pullar xalqa, millətə qaytarılmalıdır”.
Qeyd edək ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovun işi üzrə məhkəmə keçirilir. O, külli miqdarda pulu ələ keçirməkdə təqsirləndirilir. R.Hüseynov ittiham üzrə özünü təqsirli bilmir. Deyir ki, pulları müxtəlif vəzifəli şəxslərdən alan xalası oğlu Elnar Arif oğlu Əsgərovdur. O, sadəcə, alınan pulların hesabatını aparıb və həmin pullara görə ödənən faizləri verib. Arif Əsgərovun oğlu iş üzrə şahiddir və məhkəmədə xalası oğlunun üzünə qarşı ifadə verib. Rahib Hüseynov Elnar Əsgərovun yalan danışdığını, hesabat kitablarına əsasən pulların məhz Elnar Əsgərova çatdığını deyib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi