Tərtərdə partlayış zamanı yaralananlardan ikincisi də xəstəxanada ölüb

img

11-12-2018 [21:40]


Noyabrın 29-da Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış zamanı xəsarət alan şəxslərdən ikincisi də keçinib.

Mia.az "Report"a istinadən xəbər verir ki, Seymur Rzayev Bakıda müalicə aldığı Respublika Yanıq Mərkəzində dünyasını dəyişib.

Onun müalicəsi xəstəxanada bir neçə gün davam etsə də, həkimlər həyatını xilas edə bilməyiblər.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA