11-12-2018 [15:13]
"Ölkə xaricində səyahətlər zamanı tanımadığımız sürücü ilə ünsiyyətdən yaranan psixoloji gərginlik hissi, klassik turizm məkanlarından daha fərqli yerlərə getmək, bir qədər sərbəst, asudə olmaq arzusu, yəqin ki, bir çoxlarımıza tanışdır. Bunun üçün ya avtomobil icarəyə götürmək və ya almaq lazımdır. Lakin bu istəyimizi gercəkləşdirmək üçün əvvəlcədən tədbirli olmalıyıq. Beynəlxalq Sürücülük Vəsiqəsinə malik olmağımız isə bu işdə bizə kömək edə bilər”.
Bunu Baş Dövlət Yol Poisi İdarəsinin şöbə rəisi, polkovnik-leytenant Rüfət Quliyev deyib.
Oeyd edib ki, Beynəlxalq Sürücülük Vəsiqəsinin verilməsi 1968-ci il Vyana Konvensiyası ilə tənzimlənir: "Dünyanın bir çox inkişaf etmiş dövlətlərinin təcrübəsində geniş yayılan Beynəlxalq Sürücülük Vəsiqəsi xarici dövlətlərdə avtomobil icarə edərkən, avtomobillə Konvensiyaya üzv dövlətlərin ərazisindən keçərkən, birbaşa və ya tranzit yük və ya sərnişin daşımaları zamanı istifadə olunur və sahibinə müstəqil olaraq ölkədən kənarda avtomobil idarə etməyə icazə verir”.
R.Quliyev onu da bildirib ki, "Respublikamızın 1968-ci il Vyana Konvensiyasına üzv olması milli sürücülük vəsiqəsinə malik vətəndaşlarımızın Beynəlxalq Sürücülük Vəsiqəsi əldə etmələrinə imkan verir: "Dilimizdəki ə,ö,ü,ğ və sair hərflərin xarici dövlətlərdə çətin oxunması problemini həll edən Beynəlxalq Sürücülük Vəsiqəsi latın qrafikası ilə, eyni zamanda ayrı-ayrı səhifələrdə alman, fransız, italyan, ingilis, çin və sair, ümumilikdə 8 dildə çap olunur. Vəsiqə sahibi barəsində məlumatlar isə vəsiqənin son səhifəsində ingilis dilində tərtib olunur. Beynəlxalq Sürücülük Vəsiqəsi milli sürücülük vəsiqəsi təqdim edildikdə etibarlıdır”.
Şöbə rəisinin sözlərinə görə, Beynəlxalq Sürücülük Vəsiqəsi əldə etmək istəyən vətəndaşlar Bakı şəhərində Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinə, habelə Sumqayıt Regional Qeydiyyat İmtahan və Texniki baxış şöbəsinə şəxsiyyət vəsiqəsi, milli sürücülük vəsiqəsi, iki ədəd 3x4 ölcüdə rəngli fotoşəkil təqdim etməklə müraciət edə və qısa müddətdə ona yiyələnə bilərlər.
Şöbə rəisi sonda qeyd edib ki, Beynəlxalq Sürücülük Vəsiqəsi əldə etmək istəyən şəxslərdən sürücülük bacarıqlarını yoxlamaq üçün əlavə imtahandan keçmək tələb olunumur: "Xarici dövlətlərə səfərlər zamanı Beynəlxalq Sürücülük Vəsiqəsinin imkanlarından yararlanmış soydaşlarımızın məmnunluq ifadə etməsi sahibinə rahatlıq və güvənlik verən bu vəsiqənin sınaqdan uğurla çıxdığını deməyə əsas verir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi