Naxçıvanın Ali Məclis sədrinin sabiq birinci müavini vəfat edib

img

11-12-2018 [13:37]


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin sabiq birinci müavini Abutalıb Qasımov vəfat edib.

Bu barədə "Report”a mərhumun qohumları məlumat verib.

A.Qasımov Culfanın Saltaq kəndində dəfn edilib.

Xatırladaq ki, A.Qasımov 1956-cı ildə Culfa rayonunun Saltaq kəndində anadan olub. O, 1994-1995-ci illərdə Naxçıvanın təhsil naziri, 1995 - 2000-ci illərdə Naxçıvan Muxtar Respublikasın Ali Məclisi Sədrinin birinci müavini vəzifəsində işləyib. 1995-2005-ci illərdə Naxçıvan MR Ali Məclisinin deputatı olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA