Makron, nəhayət, geri çəkildi: xalqdan üzr istəyəcək - "Sarı jiletlilər"in vergi tələbləri təmin olunacaq

img

09-12-2018 [16:11]


Fransa prezidenti Emmanuel Makron ölkəni bürüyən "sarı jiletlilər”in aksiyası ilə bağlı gözlənilməz addım atmağa hazırlaşır.

Mia.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Prezidentin mətbuat katibliyi açıqlama yayıb.

Qeyd olunub ki, Makron baş verən hadisələrdən çox narahatdır və sabah xalqa sevindirici müraciət edəcək.

Fransa mətbuatı yazır ki, bundan əvvəl vergilərin artırılması qərarının 6 ay müddətinə dayandırıldığını açıqlayan Makron bu dəfə etirazçılardan üzr istəyəcək və daha çox vergi endirimi həyata keçirəcəklərini bəyan edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA