07-12-2018 [09:02]
Baş nazir Novruz Məmmədov "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nı təsdiq edib.
Qaydalar qəbiristanlıqların salınmasına, idarə olunmasına, qorunmasına, köçürülməsinə və bağlı elan edilməsinə, həmçinin dəfnlərin vahid dövlət reyestrinin aparılmasına, meyitlərin ekshumasiyasına və cənazələrin daşınmasına dair tələbləri müəyyən edir.
Qaydaların tələbləri (5.5-ci və 5.6-cı bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla) Azərbaycan Respub-likasının Fəxri xiyabanlarında, Şəhidlər xiyabanlarında və kütləvi (qardaşlıq) məzarlıqlarında aparılan dəfnlərə, habelə Vətən uğrunda şəhid olan hərbçilərin dəfn mərasimlərinə şamil edilmir.
Və bu Qaydaların 4.6.4-cü yarımbəndi, 5-10-cu hissələri (10.1-ci bənd istisna olmaqla), 19.1-ci və 22.2-ci bəndləri bu Qaydalar qüvvəyə minənədək mövcud olan qəbiristanlıqlara şamil edilmir.
Qaydalara görə, qəbiristanlıqların salınması, istismarı, abadlaşdırılması və genişləndirilməsi Şəhərsalma və Tikinti Məcəlləsinin, bu Qaydaların və şəhərsalma və tikinti sahəsində digər normativ hüquqi aktların tələblərinə uyğun tənzimlənir.
Bu Qaydaların 5.3-cü və 5.4-cü bəndlərində müəyyən edilən hallarda yeni qəbiristanlığın salınması barədə qərar bələdiyyə tərəfindən qəbul edilir.
Yeni qəbiristanlığın salınması barədə qərar aşağıdakı hallarda qəbul edilir:
Qəbiristanlıqda qəbir yerlərinin 85 faizi tutulduqda, bələdiyyə yeni qəbiristanlığın salınması üçün bu Qaydalarla müəyyən edilmiş tədbirləri həyata keçirir.
Qəbiristanlığın salınması üçün bələdiyyənin müraciəti əsasında bu Qaydalarla müəyyən edilmiş tələblərə uyğun olan torpaq sahəsinin müəyyən edilməsi məqsədi ilə bələdiyyə tərəfindən Komissiyanın yaradılması barədə qərar qəbul edilir və bu qərar ictimaiyyətə çatdırılır, həmçinin bələdiyyənin inzibati binasının qarşısında hamı üçün açıq olan yerdə elan lövhəsində yerləşdirilir.
Qəbiristanlığın ərazi planlaşdırılmasının sifarişçisi qismində bələdiyyə çıxış edir.
Qəbiristanlığın ərazi planlaşdırılması (müfəssəl planı) sənədi Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq Komissiya ilə razılaşdırılmaqla hazırlanır və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi nəzərə alınmaqla bələdiyyə tərəfindən təsdiq edilir.
Qəbiristanlığın tikinti ərazisinin baş planında aşağıdakılar göstərilməlidir:
- qəbiristanlığın ərazisində yaradılmış zonalar (giriş zonası, qəbir yerləri, yaşıllıq zonası, inzibati bina və mərasim xidmətlərinin göstərilməsi üçün inzibati binaların yerləşdiyi zona və s.) və onların sərhədləri;
- qəbiristanlıqdakı qəbir yerlərinin ümumi sayı, qəbir yerlərinin bu Qaydalarla müəyyən edilmiş ölçüləri, həmçinin yaşayış məntəqəsinin əhalisinin dini mənsubiyyəti və milli adət və ənənələri nəzərə alınmaqla, qəbiristanlığın ərazisində yaradılmış seksiyalar və onların sərhədləri;
- hər bir qəbir yerinin qəbiristanlıqda yerləşdiyi yer və nömrəsi.
- Qəbiristanlığın ümumi ərazisinin 80 faizi qəbir yerləri, ən azı 15 faizi yaşıllıq sahəsinin salınması, qalan hissəsi isə dəfn və yas mərasimlərinin keçirilməsi, habelə qəbiristanlığın qorunması və saxlanılması işlərinin təşkili məqsədi ilə bina və digər obyektlərin tikintisi, qəbiristanlıq yollarının və rezervasiya nəqliyyat vasitələri üçün meydançanın salınması məqsədi ilə nəzərdə tutulur.
- Qəbiristanlığın ərazisində Şəhidlər xiyabanlarının, kütləvi (qardaşlıq) məzarlıqlarının planlaşdırılmasına yol verilir.
- Qəbiristanlığın tikinti layihəsinin hazırlanması, razılaşdırılması və təsdiqlənməsi, həmçinin tikinti layihəsi əsasında tikinti işlərinin aparılması və qəbiristanlığın istismarına icazə verilməsi Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçirilir.
Qəbiristanlıqlar üçün ayrılan torpaq sahəsinin ölçüləri hər 1000 (min) nəfərə (sakinə) 0,24 hektar hesabı ilə müəyyən edilir.
Bağlı elan olunmuş qəbiristanlıqda son dəfn tarixindən 25 il keçdikdən sonra, onunla yaşayış məntəqəsi arasındakı məsafə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəyi əsasında 100 metrədək azaldıla bilər.
- Layihələndirilən və mövcud qəbiristanlıqların sanitariya mühafizə zonasında yaşayış və ictimai binaların, kənd təsərrüfatı təyinatlı və qida məhsullarının istehsalı müəssisələrinin, məişət (təsərrüfat) içməli su təchizatı qurğularının tikintisinə yol verilmir.
Qəbiristanlığın salınması üçün ayrılan torpaq sahələri aşağıdakı tələblərə cavab verməlidir:
- sürüşməyə və çökməyə meyilli olmamalıdır;
- məişət (təsərrüfat) içməli su üçün istifadə edilən açıq və yeraltı su hövzələrindən və yaşayış məntəqələrindən əks (aşağı) istiqamətdə mailliyə malik olmalıdır;
- daşqın və digər təbii fəlakət hadisəsi zamanı su altında qalma riski nəzərə alınmalıdır;
- qrunt sularının yuxarı hissələrinin axma səviyyəsi torpağın səthindən ən azı 2 metr dərinlikdə olmalıdır;
- ərazidəki torpaq sahəsi hava keçiriciliyinə və tez quruma qabiliyyətinə, quru məsaməliliyə (qumlu, qumluca, az gilli və s.) malik olmalıdır;
- torf və ağır gilli torpaq sahələri olmamalıdır.
Aşağıdakı ərazilərdə qəbiristanlıq salına bilməz:
- məişət (təsərrüfat) içməli su mənbələrinin mühafizə zonalarında, müalicə sağlamlaşdırma yerlərinin və kurortların sanitariya mühafizə zonalarının birinci və ikinci qurşaqlarında, əhali tərəfindən məişət (təsərrüfat), çimərlik və digər mədəni sağlamlıq məqsədləri üçün istifadə olunan dəniz, göl, çay və digər açıq su hövzələrinin sanitariya mühafizə zonalarında;
- karstlaşmış (suyun təsiri altında torpağı asanlıqla həll olunan süxurlardan ibarət olan sahələrdə relyefin spesifik formaları) və güclü çatlar yaranmış süxurların səthində, həmçinin bataqlıq yerlərində, həddən artıq rütubətli, su saxlayan səthlərin mövcud olduğu ərazilərdə;
- xüsusi mühafizə olunan təbiət ərazilərində, meşə fondu torpaqlarında, yerin təkində faydalı qazıntılar olan və kənd təsərrüfatına yararlı torpaqlarda;
- neft və qaz kəmərlərinin və yüksəkgərginlikli elektrik xətlərinin mühafizə zonalarında;
Qəbiristanlıqların qorunması, saxlanılması, abadlaşdırılması və idarə olunması xərcləri yerli büdcələrin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ianələri, dəfn və dəfnlə bağlı digər xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər hesabına maliyyələşdirilir.
Qaydalarda qəbir yerlərinin rezervasiyası da öz əksini tapıb. Qonşu qəbir yerinin əvvəlcədən rezervasiyasına yalnız dəfn edilmiş şəxsin ərinin (arvadının) yazılı müraciəti əsasında yol verilir.
Bu Qaydalarda nəzərdə tutulmuş tələblərə əməl edilmədən özbaşına dəfnlərə yol verilmir.
Dəfn üçün hər bir qəbir üzrə 5 kvadratmetr sahə ayrılır. Qəbirlərarası orta məsafə uzun tərəflər üzrə 1 metr, qısa tərəflər üzrə 0,5 metr nəzərdə tutulmalıdır.
Ölmüş şəxsin ölçüləri nəzərə alınmaqla, qəbir yerinin ölçüsünün mütənasib qaydada dəyişdirilməsinə yol verilir.
Qaydalarda qəbirüstü tikililərə dair tələblər öz əksini tapıb. Büeelə ki, dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya dəfnlə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən qəbirüstü tikililər quraşdırılarkən, ölmüş şəxsin dini mənsubiyyəti nəzərə alınır, soyadı, adı, atasının adı, doğum və ölüm tarixləri qəbirüstü tikililərdə qeyd olunur. Başdaşı qoyulduğu halda, hündürlüyü 1,0 metrdən və eni 0,6 metrdən artıq olmamaqla, eni 0,6 metr və hündürlüyü 0,25 metr olan altlıq üstündə quraşdırılmalıdır. Sinədaşı qoyulduqda hündürlüyü torpaqdan 0,2 metrə, uzunluğu 1,2 metrə və eni 0,6 metrə qədər olmalıdır. Qəbirüstü tikililərin quraşdırılmasında cərgə ilə sıralanmaya əməl olunmalı və qəbrin ətrafı hasara alınmamalıdır.
Dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya dəfnlə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən qəbirüstü tikililər quraşdırılmadıqda, qəbiristanlığın müdiriyyəti tərəfindən bu Qaydaların 13.2.8-ci yarımbəndinə əsasən quraşdırılmış ölmüş şəxsin soyadını, adını, atasının adını, doğum və ölüm tarixlərini bildirən lövhə saxlanılır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi