Azərbaycanda 140 nəfər əcnəbi saxlanılıb - Xidmət açıqladı

img

04-12-2018 [17:56]


Son həftə ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 140 nəfər əcnəbi saxlanılıb.

Mia.az Xidmətə istinadən bildirir ki, onlardan 3 nəfər Daxili İşlər Nazirliyi ilə keçirilmiş birgə tədbirlər zamanı aşkarlanıb.

Saxlanılmış 9 nəfərin gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, 2 nəfərin qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 129 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.

Saxlanılmış əcnəbilərdən 114 nəfər barəsində inzibati qərarlar qəbul edilmiş, digər 26 nəfərin isə Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA