Fransada hökumət xalqın qarşısından geri çəkildi - Vergi tətbiqi ləğv olundu

img

04-12-2018 [16:45]


Fransa hökuməti benzin və dizel yanacağının qiymətlərinin bahalaşmasına tətbiq etdiyi moratorium rəsmi olaraq qüvvəyə minib.

Bunu Fransanın baş naziri Eduard Filipp siyasi partiya liderləri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, qadağa 6 il müddətində qüvvədə olacaq.

Qeyd edək ki, noyabrın 17-dən benzinə tətbiq edilən verginin 2,9 faiz, dizelə isə 6,5 faiz artırılacağına qarşı Fransada "sarı jiletlilər”in etiraz aksiyası keçirilir.

Bu vergi ödəməsinin 2019-cu il yanvarın 1-dən həyata keçirilməsi planlaşdırılmışdı.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA