Azərbaycanda mikroavtobus qəzaya uğradı - XEYLİ YARALI VAR

img

04-12-2018 [16:27]


Salyan rayonunda sərnişin mikroavtobusu qəzaya düşüb 5 nəfər xəsarət alıb.

Mia.az report-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sərnişindaşıyan mikroavtobusla "Mersedes” markalı minik avtomobilinin toqquşması nəticəsində Salyan rayon sakinləri, 1969-cu il təvəllüdlü Hüsynova Məhəbbət Sabir qızı, 1964-cü il təvəllüdlü Səlimova İlhamə Qəhrəman qızı, 1959-cu il təvəllüdlü İbrahimova Səmayə Qulam qızı, 1991-ci il təvəllüdlü İbrahimova Yeganə Cahanşah qızı və 1968-ci il təvəllüdlü Zülfüqarov Mənsur İntiqam oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA