"Azərbaycanın nəzarət etdiyi strateji hündürlüklər olduqca əhəmiyyətlidir" - Sarkisyanın silahdaşı

img

04-12-2018 [16:19]


"Azərbaycan Ordusu Naxçıvan istiqamətində təmas xəttindən 1300-1700 metr irəliləyib. Bu, 5 kilometr ərazi deməkdir. Sentyabrın 27-dən sonra isə bu ərazidə möhkəmlənmə işləri həyata keçirib".

Bu etirafla Ermənistanın milli təhlükəsizlik şurasının keçmiş baş katibi, Respublika Partiyasından deputatlığa namizəd David Şahnazaryan çıxış edib.

Onun sözlərinə görə, Azərbaycan Ordusu Naxçıvan istiqamətində may ayından etibarən irəliləyib.

"Müdafiə Nazirliyi bildirdi ki, bu neytral zonadır, lakin neytral zona olmur, bura ərazidir. Sentyabrda Azərbaycan Ordusu nəzarət etdiyi əraziləri bir neçə dəfə artırdı. Bu, təxminən 800 hektar ərazi deməkdir. Bu ərazilərdə Azərbaycan infrastruktur inşa edib. Azərbaycanın nəzarət etdiyi strateji hündürlüklər olduqca əhəmiyyətlidir. Müharibə başlayanda bu hündürlüklər Azərbaycana üstünlük qazandıracaq”, - deyə o, bildirib/Publika.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA