Balakən rayon Təhsil Şöbəsinin sabiq rəhbərinə cinayət işi açıldı - İttiham

img

04-12-2018 [12:55]


Balakən rayon Təhsil Şöbəsinin sabiq rəhbəri Dibirov Mahir Tacəddin oğlu barəsində cinayət işi başlanıb.

Mia.az "Report”a istinadən xəbər verir ki, sabiq şöbə müdiri barəsində toplanan materiallar baxılması üçün Baləkən rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Hümbət Səlimovun icraatına verilib. Cinayət işi məhkəmə baxışındadır.

İş üzrə zərərçəkən qismində Balakən rayon Təhsil Şöbəsi tanınıb.

Qeyd edək ki, Mahir Dibirova qarşı Cinayət Məcəlləsinin 179.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA