Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar... - Bu gün növbəti görüş keçirilir

img

04-12-2018 [10:28]


 Bu gün Bakıda Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi keçirilir.

"Report" xəbər verir ki, iclasın əsas mövzusu ticarət məsələləridir.

Bakıdakı danışıqlarda Aİ-nin nümayəndə heyətinə Avropa Ticarət Komissiyasının nümayəndəsi Petros Sremelis rəhbərlik edir.

Daha əvvəl Aİ-nin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri, səfir Kestutis Yankauskas "Report"a açıqlamasında görüşün bağlı qapılar arxasında keçiriləcəyini bildirmişdi. Görüşdə həmçinin siyasi məsələlər də müzakirə ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA