Nazirlik daha bir sahibkarı cərimələdi - Şikayət əsasında

img

04-12-2018 [10:19]


 Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Binəqədi rayonu, C.Xəndan küçəsində fəaliyyət göstərən metalkəsmə sexindən atmosferə atılan tullantılarla bağlı daxil olan şikayəti nazirliyin əməkdaşları yerində araşdırıblar.  

Mia.az ETSN-nə istinadən bildirir ki, sexdə atmosfer havasından nümunələr götürülüb və analiz aparılıb:

"Analizin nəticələrinə görə havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı sexə cavabdeh şəxs İlqar Ağayev barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub. Atmosferə atılan tullantıların qarşısının alınması məqsədilə İ.Ağayevə icrası məcburi olan müddətli "məcburi göstəriş” verilib".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA