Nəsimi rayonunda iməciliklər davam edir - Rayonda daha 500 zeytun və badam ağacları əkilib + FOTO

img

03-12-2018 [13:51]


Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər bir guşəsində aparılan geninşmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Bakı şəhəri Nəsimi rayonunda yaşayış sahələrinin, məhəllə və həyətlərin, küçələrin park və istirahət yerlərinin abadlaşdırılması, ekoloji tarazlığın təmin edilməsi, yaşıllıqların qorunması, yeni yaşıllıq sahələrinin salınması, əhalinin rufahının daha da yüksəldilməsi istiqamətində davamlı olaraq tədbirlər həyata keçirilməkdədir.

Nəsimi İcra Hakmiyyətindən Mia.az-a daxil olan məlumata görə, həyata keçirilən layihə çərçivəsində paytaxtımızın mərkəzi rayonlarından olaraq daha da gözəlləşməsi və əhalinin diqqətini yaşıllıqların qorunmasına yönəltmək istiqamətində həyata keçirilən tədbirlər daim nəzarətdə saxlanılır.

Bildirilib ki, dekabr aıyənın1-də  rayon ərazisində növbəti iməcilik keçirilib. 

İməcilik zamanı Cavadxan küçəsi boyunca müxtəlif növ, o cümlədən 500-dən artıq zeytun və badam ağacları, H.B.Əliyev küçəsindən H.Seyidzadə küçəsinə qədər sahədə 2000-dən artıq mövcud ağaclara qulluq göstərilib.

Rayonda davamlı olaraq həyata keçirilən yaşıllaşdırma işlərində sakinlər, idarə və təşkilatların nümayəndələri yüksək fəallıq nümayiş etdirirlər.

 Bu tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri iştirak etmişlər. İməclik keçirilən ətrafda yaşayan sakinlər rayon ərazisində aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını bildirərək ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA