Bu qurumun səlahiyyəti artırılır - Prezidentin imzaladığı qanun Milli Məclisdə

img

03-12-2018 [10:58]


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) öz fəaliyyət istiqamətləri üzrə müvafiq işləri lisenziya və icazə olmadan həyata keçirə biləcək.

Bununla bağlı "Avtomobil yolları haqqında” qanuna dəyişiklik edilir.

Qanun 21-ci (Yol təsərrüfatının idarə edilməsi) maddəsində dəqiqləşdirmə aparılıb: "Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) öz fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıda nəzərdə tutulan lisenziya və icazələrin alınması tələb olunmur”.

Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan qanun layihəsi yaxın vaxtlarda müzakirəyə çıxarılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA