Vəziyyət nəzarət altındadır - “Azərsu”dan açıqlama

img

02-12-2018 [12:38]


"Paytaxtda müşahidə edilən yağışla əlaqədar vəziyyət tam stabildir”.

Bunu "Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib. Hazırda şəhərin müxtəlif nöqtələrində vəziyyəti müşahidə etdiyini deyən Anar Cəbrayıllının sözlərinə görə, bütün xətlər işlək vəziyyətdədir:

"Bütün xətlərimiz, kanalizasiya nasos stansiyalarımız, baxış quyularımız. Barmaqlıqlar hamısı normal qaydada çalışır. Bütün rayon rəisləri iş başındadır”.

Qurum rəsmisinin sözlərinə görə, problemli ərazilər kimi bilinən Xırdalan, Binəqədi və digər ərazilərdə vəziyyət nəzarət altındadır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA