Ərdoğanla Tramp gün ərzində ikinci dəfə görüşdü - 50 dəqiqəlik qapalı müzakirə + FOTO

img

01-12-2018 [23:40]


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir az əvvəl G20 zirvəsi çərçivəsində ABŞ prezidenti Donald Trampla ikinci dəfə görüşüb.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  iki ölkə liderinin təkbətək və qapalı görüşü 50 dəqiqə çəkib.

Türkiyə Prezident Administrasiyası görüşlə bağlı foto paylaşsa da, görüşdə müzakirə olunan məsələlərlə bağlı hələlik rəsmi məlumat yaymayıb.

Türkiyə mətbuatı isə iddia edir ki, əsas müzakirə Suriya, Menbiç və PKK ilə bağlı məsələlər olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA