Xəyanətə görə saçı qırxılan qadının sosial şəbəkədə yayılan videosuna komitədən reaksiya: "Məsələ nəzarətimizdədir"

img

01-12-2018 [19:40]


 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda kişinin xəyanət iddiası ilə həyat yoldaşının saçını qırxaraq foto və videosunu sosial şəbəkələrdə yaymasına münasibət bildirib.

Dövlət Komitəsindən bildirilib ki, hadisədən xəbərdardırlar. 

"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hadisədən xəbəri var. Məsələ nəzarətimizdədir. Həmin məsələ ilə bağlı, yaşayış yeri üzrə Monitorinq Komissiyası tərəfindən iş aparılır", - Dövlət Komitəsindən vurğulanıb. 

Qeyd edək ki, sosial şəbəkələrdə əri tərəfindən saçı qırxılan gənc qadının foto və videosu yayılıb. Videodan görünür ki, kişi həyat yoldaşının saçını qırxıb, sonra isə onu videoya çəkib. Hələlik adı və soyadı məlum olmayan kişi bunu xəyanətə görə etdiyini iddia edir. Foto və videonun həyat yoldaşının saçını qırxan kişinin özünün yaydığı bildirilir. 

Gənc qadının kimliyi məlum deyil/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA