"Xəbər məni olduqca kədərləndirdi" - Prezident İlham Əliyev Tramp və Buşa məktub göndərdi

img

01-12-2018 [14:10]


Prezident İlham Əliyev ABŞ-ın keçmiş prezidenti ata Corc Buşun vəfatı ilə əlaqədar bu ölkənin hazırkı rəhbəri Donald Trampa başsağlığı verib.

Başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

***

Dövlət başçısı ABŞ-ın 43-cü Prezidenti, C.Buşun oğlu Corc Uoker Buşa da başsağlığı məktubu ünvanlayıb. 

Məktubda deyilir:

 "Zati-aliləri,

Atanız - Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı xəbərindən son dərəcə kədərləndim.

Bu ağır anlarda dərdinizi bölüşür, əvəzsiz itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA