30-11-2018 [13:04]
Allah bizi yaradanda, yaratdığı mühiti də bizə uyğun yaradıb. Məsələn, təbiətdə elə bir işıq mənbəyi yoxdur ki, ona baxan kimi gözümüz kor olsun.Yer kürəsində elə bir səs mənbəyi yoxdur ki, o səsdən kar olaq. Belə misalları davam edə bilərəm. Amma insan özü elə süni işıq mənbəyi düzəldib ki, baxan kimi kor olar. İnsan elə səs mənbəyi düzəldə bilər ki, o saat kar olarsan.
Eyni zamanda, Allah təbiəti bizdən qorumaq üçün insanın fiziki və psixoloji imkanlarını məhdudlaşdırıb. Məsələn, biz hamımız dəqiq bilirik ki, bir ton yükü qaldıra bilmərik. Əminik ki, 50 metr uzunluğa heç kim tullana bilməz, buna bizim sümük-əzələ sistemimiz hesablanmayıb.
Təəssüf ki, biz psixoloji imkanlarımızın da məhdud olduğunu bilmirik! Bu səbəbdən də çox böyük psixoloji "yükün" altına giririk. Bu ifrat yüklənmə uzun müddət davam edirsə, beyin özünü aşırı gərginlikdən xilas etmək üçün səbəbkara "intihar" komandası verir! Beyin bunu yeganə çıxış yolu kimi görür!
Nə etməli? Daha doğrusu, necə olmalı? İnsan bilməlidir ki, onun fiziki gücü məhdud olduğu kimi, psixoloji dayanıqlığının da bəlli sərhədi var! O öz həyatını, arzu və istəklərini də bu çərçivəyə uyğun qurmalıdır – "Bunu, bunu edə bilirəm, bunu da imkan olsa, yavaş-yavaş edərəm!” Sadədən mürəkkəbə! Xırda addımlarla, tələsmədən, nəfəsini dərə-dərə! "Bunları heç vaxt bacarmayacağam, mənə heç lazım da deyil”, – deməyi bacarmaq lazımdır. Bilirsiniz niyə insan qaşıqla yeyir? Çünki qaşıq ağızın ölçüsüdür. Sən çömçəni ağzına aparsan da, elə bir qaşıq qədər keçəcək! İnsan qalan hallarda da öz qaşıq ölçüsünü tapsa, xoşbəxt yaşayar. Eyni zamanda yanlış dəyərlərdən qurtula bilmirik. Çox insan müvəffəqiyyəti villada, bahalı maşında, böyük bank hesablarında görür. Bunların olmamasını öz uğursuzluğu kimi qiymətləndirir. Bunlardan ötrü canı fəda etmək olmaz! Bunlar yanlış dəyərlərdir.
Şükür etmək və bunu ürəkdən qəbul etmək lazımdır. Günəşə, çiçəyə, sərin mehə, sevdiklərinizin minnətdar baxışlarına sevinmək lazımdır! Halal quru çörəyin ləzzətini haram milyonlar verməyəcək! Nə bu dünyada, nə də o dünyada!
Hər şeyə sakit yanaşın. Çətinliklərə də Allahın sizə olan mərhəməti kimi baxın. O yalnız sevdiklərini çətinliklərlə sınayır!
Allah bizləri qoruyur, biz də çalışıb bu işdə ona kömək olaq!
Statusman (Hümbət Həsənoğlu)
Birlik.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi