Pensiya, işsizlik müavinəti, yaşayış minimumu və ehtiyac meyarı... - Sosial büdcə belə təsdiqləndi + RƏQƏMLƏR

img

30-11-2018 [12:14]


Milli Məclis Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən sığorta Fondunun büdcəsini yekun-üçüncü oxunuşda təsdiqləyib.

"Sosial təminatı və sosial müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanun layihəsinə əsasən Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 3 928,1 mln. manat həcmində proqnozlaşdırılıb. Bu da 2018-ci ilin müvafiq proqnoz göstəricisindən 349,3 mln. manat və ya 9,8% çoxdur.

2019-cu ildə də Fondun gəlirlərinin məcburi dövlət sosial sığorta haqlarından, sair gəlirlərdən və Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsininöhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərdən ibarət olacağı nəzərdə tutulub.

2019-cu ildə Fondun xərcləri 3 928,1 mln. manat olacağı nəzərdə tutulub ki, bu da 2018-ci ilin müvafiq proqnoz göstəricisindən 349,3 mln. manat və ya 9,8% çoxdur.

2019-cu ildə Fondun xərclərinin əhaliyə ödənişlər, AHİK xətti ilə sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə AHİK vasitəsi ilə maliyyələşdirilən xərclər, pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri, müvafiq icra hakimiyyəti orqanının və onun yerli orqanlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın saxlanılması xərcləri və digər xərclər istiqamətlərində icra ediləcəyi nəzərdə tutulub.

"İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihəsinə əsasən, 2019-cu ildə Fondun gəlirləri üzrə 8 3451,4 min manat məbləğində nəzərdə tutulub ki, bu da Fondun 2018-ci il üçün təsdiq edilmiş gəlirləri ilə müqayisədə 5 588,6 min manat və ya 6,3% azdır. Fondun gəlirləri büdcədən maliyyələşən təşkilatlar, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər, qeyri-büdcə sektoru və sair gəlirlər üzrə proqnozlaşdırılıb.

2019-cu ildə Fondun xərcləri 83 451,4 min manat nəzərdə tutulub. Həmin vəsait 2018-ci il üçün təsdiq edilmiş proqnoz göstəricisindən 5 588,6 min manatvə ya 6,3% azdır. 

Fondun xərcləri üzrə vəsaitlərin işsizliyə görə sığorta ödənişləri, peşə hazırlığı və əlavə təhsilin təşkili, peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsi, əmək yarmarkalarının, əmək birjalarının təşkili, haqqı ödənilən ictimai işlərin təşkili, özünəməşğulluq tədbirlərinin təşkili, sığortaolunanların əmək haqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və onun yerli orqanlarının, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanılması xərcləri üzrə nəzərdə tutulub.


Milli Məclisin iclasında" 2019-cu il üçün yaşayış minimumu haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edilib. Sənəddə göstərilib ki, 2019-cu ildə Azərbaycanda yaşayış minimumu 180 manat nəzərdə tutulub.

Xatırladaq ki, 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat olub.

İclasda Azərbaycanda 2019-cu il üçün ehtiyac meyarı da səsə qoyulub. Qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib. Bununla yanaşı, 2019-cu il üçün yaşayış minimumunun ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilib.

Qanun layihəsi səsverməyə çıxarılaraq yekun –III oxunuşda qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA